DGK sədri Siyəzəndə vətəndaşları qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
iy
2025
15:30

DGK sədri Siyəzəndə vətəndaşları qəbul edib

25 iy, 2025
15:30
454

DGK sədri Siyəzəndə vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Siyəzən rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

“Report” komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın