TƏBİB: Bu ilin I rübündə 20 milyondan çox tibbi xidmət göstərilib
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk rübü (yanvar-mart) ərzində ümumilikdə 5 milyon 753 min 877 müraciət qeydə alınıb.
TƏBİB-dən "Report"a verilən məlumata görə, müraciətlərdən 125 min 461-i stasionar, 5 milyon 628 min 416-sı isə ambulator olub.
Məlumata əsasən, yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.
Belə ki, sözügedən müddət ərzində 20 milyon 119 min 326 (2 814 424 stasionar, 17 304 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 faiz artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rüb ərzində 8 milyon 463 min 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 milyon 347 min 413-u stasionar, 7 milyon 115 min 820-si ambulator olub.
Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 faiz artım qeydə alınıb.
Yanvar-mart ayları ərzində 83 min 90 cərrahi əməliyyat və prosedur (78 min 281 stasionar, 4 809 ambulator olmaqla) icra olunub.
Oxşar xəbərlər
Son doqquz ayda TƏBİB tabeli xəstəxanalarda 274 mindən çox cərrahi əməliyyat icra olunub
Bu ilin ötən dövründə TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 165-ə çatıb
Son üç ayda şəhid ailəsi üzvlərinə 41 minə yaxın tibbi xidmət göstərilib
Bu il TƏBİB tabeli tibb müəssisələrinə 79 nəfər rəhbər heyətə işə qəbul olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













