Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
sizinxeber.az xəbər saytı

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü


Xarici işlər naziri Ceyhun Bayramov Uruqvayın xarici işlər nazirinin müavini Valeriya Çukasini qəbul edib.

Bu barədə Sizinxeber.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı, Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.

Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında razılaşma məmnunluqla qeyd olunaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və birgə təlim proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.

Tərəflər ötən il Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Uruqvaya səfərinin ticarət və iqtisadi əlaqələrin inkişafına müsbət töhfə baxımından vacibliyini vurğulayaraq, bu kimi təmasların davamlılığının əhəmiyyətini qeyd ediblər.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi rəhbərlik edib.

Oxşar xəbərlər

Azərbaycanla Uruqvay arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilib
Azərbaycanla Uruqvay viza rejiminin liberallaşdırılması üzrə mümkün addımları müzakirə edib
Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
Azərbaycan-Aİ münasibətlərinin perspektivi müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər