Azərbaycan Moldova ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Moldova ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

"Sizinxeber.az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Serciu Qerçü ilə keçirilən görüşdə aparılıb.

Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının emalı və məhsul ixracının genişləndirilməsi mühüm istiqamətlərindəndir. Ölkəmizdə aqrar sektora müxtəlif mexanizmlərlə dövlət dəstəyi göstərilir, həmçinin yerli məhsulların "Made in Azerbaijan" brendi ilə xarici bazarlarda təşviqi təmin edilir.

Görüşdə xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı, həmçinin, qida və kimya sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Oxşar xəbərlər

Azərbaycan aqrar sığorta təcrübəsini Gürcüstanla bölüşəcək
Azərbaycan İtaliya ilə aqrar sahədə Anlaşma Memorandumu imzalayıb
Nazir müavini: “Azərbaycan Latviya ilə əməkdaşlığa dair bütün təşəbbüsləri dəstəkləyir”
Azərbaycan Pakistanla aqrar sahədə əməkdaşlığı müzakirə edib
Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər