Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi həyatında qadınların payı açıqlanıb
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma tədbirləri nəticəsində qadın məşğulluğunun təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər qeydə alınıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Qədir Babayev Bakıda keçirilən "Qadın iştirakçılarının təbliği" konfransında bildirib.
Onun sözlərinə görə mövcud statistik məlumatların ümumi təhlili göstərir ki, təhsil sektoru üzrə qadınların payı 80 %-dən çoxdur: "Ali təhsil müəssisələrində bu göstərici 60 %-ə çatır. Məktəbəqədər təhsil müəssisələrində qadınların payı faktiki olaraq 100 %-ə yaxındır. Səhiyyə sektorunda qadınların təmsilçiliyi orta hesabla 70 %-dir. Region üzrə xəstəxana və tibb müəssisələrində ümumilikdə 350-400 qadın tibb işçisi fəaliyyət göstərir. Dövlət qulluğu və xidmət sahələrində qadınların payı təxminən 30-40 % intervalındadır. Müxtəlif dövlət xidmət mərkəzlərində və yerli icra hakimiyyəti orqanlarında 150-200 nəfər qadın əməkdaş çalışır".
Oxşar xəbərlər
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Vüqar Bayramov: "Qadın sahibkarlığının inkişafı iqtisadi dayanıqlılıq baxımından vacibdir"
600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru İŞDƏN ÇIXARILDI
Ötən il Azərbaycanda qadın sürücülərin sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
