Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb


Dövlət Gömrük Komitəsnin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən zərgərlik məmulatları, dərman preparatları və siqaretlər aşkar edilib.

"Report" bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Trabzon-Bakı aviareysi ilə gələn 2 nəfər Azərbaycan vətəndaşının çamadanlarına və əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli cizgilər müşahidə olunduğundan əsaslı gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2 264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1 200 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycana qanunsuz dərman, siqaret və qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib
Azərbaycan gömrükçüləri dərman vasitələri aşkar edib
Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb
Azərbaycanda 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər