sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycana qanunsuz dərman, siqaret və qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
“Sizinxeber.az”un komitəyə istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə baxış keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən, 6 adda 134 ədəd dərman vasitələri, Azərbaycanın aksiz markası ilə markalanmayan 1 800 ədəd siqaret, ümumi təqribi çəkisi 161 qram qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb
Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
