Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb
sizinxeber.az xəbər saytı

Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında diş implantları və aksessuarlarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

"Sizinxeber.az" Komitəyə istinadən xəbər verir ki, Roma–Bakı aviareysi ilə gələn iki nəfər ölkə vətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onların baqaj yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı onlara məxsus çamadanlardan gömrük orqanlarına bəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantı aksessuarı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycana qanunsuz dərman, siqaret və qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb
Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb
Azərbaycanda 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib
Gömrük nəzarətindən gizlədilən 25 kiloqramdan artıq gümüş aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər