Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib
sizinxeber.az xəbər saytı

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar edib


Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

"Sizinxeber.az" Komitəyə istinadən xəbər verir ki, "Qırmızı Körpü" gömrük postunda Türkiyədən gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan olunmayan 10 449 konvalyut, 1 269 qutu, 848 flakon və 68 ədəd iynə olmaqla müxtəlif adda külli miqdarda dərman preparatları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan gömrükçüləri xeyli miqdarda dərman preparatları aşkar edib
Azərbaycan gömrüyünə bəyan edilməyən dərman preparatları aşkarlanıb
Gömrük nəzarətindən gizlədilən 100 min dollara yaxın vəsait aşkarlanıb
Gürcüstandan Azərbaycana dərman preparatlarının gizlin gətirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər