Azərbaycan kriptoaktivlər üzrə beynəlxalq hesabatlılıq çərçivəsinə qoşulur
Azərbaycan hökuməti kriptoaktivlərlə aparılan əməliyyatlar barədə məlumat mübadiləsinə qoşulmaq, vergidən yayınmaya qarşı mübarizəni gücləndirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) kriptoaktivlər üzrə hesabatlıq çərçivəsinə (Crypto-Asset Reporting Framework - CARF) qoşulmaq üçün müvafiq prosedurlara başlayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, rəqəmsal iqtisadiyyatın sürətli inkişafı fonunda bu sahədə beynəlxalq nəzarət mexanizmləri də genişləndirilir.
CARF-a qoşulma prosesi yekunlaşdıqdan sonra xarici ölkələrin vergi orqanları Azərbaycan vətəndaşlarının kriptovalyutadan əldə etdikləri gəlirlər barədə məlumatı avtomatik şəkildə Dövlət Vergi Xidmətinə təqdim edəcəklər. Bu isə həm şəffaflığın artırılmasına, həm də kriptovalyuta əməliyyatlarına nəzarətin gücləndirilməsinə imkan verəcək.
Xatırladaq ki, Azərbaycanda kriptovalyuta almaqla gəlir əldə edənlər vergi ödəməli olacaq.
Oxşar xəbərlər
Azərbaycanda kriptovalyuta gəlirləri vergiyə necə cəlb olunacaq? - ARAŞDIRMA
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Azərbaycanda kriptovalyuta almaqla gəlir əldə edənlər vergi ödəməli olacaq
Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
Azərbaycan Litva ilə vergi sahəsində innovativ yanaşmaları müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













