Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29‑cu Baş Assambleyası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Xorvatiyanın Vergi Administrasiyasının direktoru Bozidar Kutleşa ilə görüşüb.
"Sizinxeber.az" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Xorvatiya arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər vergi inzibatçılığının modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, risk əsaslı yoxlama modellərinin tətbiqi və şəffaflığın artırılması kimi strateji istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
O.Nəzərli vergi orqanları arasında bilik-təcrübə mübadiləsinin iki ölkənin vergi sistemlərinin təkmilləşdirilməsinə töhfə verəcəyini bildirib, əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini vurğulayıb. B.Kutleşa isə Azərbaycanda vergi sahəsində həyata keçirilən rəqəmsal transformasiya və modernləşmə layihələrinin Xorvatiya üçün faydalı ola biləcəyini qeyd edib, əməkdaşlığın iki ölkədə vergi inzibati səmərəliliyini artırmaq üçün strateji əhəmiyyət daşıdığını bildirib.
Oxşar xəbərlər
Azərbaycan və Almaniya vergi üzrə innovasiyaların tətbiqini müzakirə edib
Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Azərbaycan rəqəmsal vergi texnologiyaları üzrə Cənubi Koreya təcrübəsini öyrənəcək
Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













