“Azərkabel” ötən ili zərərlə başa vurub
sizinxeber.az xəbər saytı

“Azərkabel” ötən ili zərərlə başa vurub


“Azərkabel” ASC 2024-cü ili 6 min manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2023-cü ildən 2 min manat mənfəətlə çıxmışdı.

"Sizinxeber.az" xəbər verir ki, ötən il “Azərkabel”in satışdan gəlirləri 148 min manat (əvvəlki ilə nisbətən 2,8 % çox), satışının maya dəyəri 154 min manat (8,45 % çox), o cümlədən əmək haqqı xərcləri 61 min manat (5,2 % çox), amortizasiya xərcləri 22 min manat (8,3 % az), mal-metarial xərcləri 40 min manat (7 % az), DSMF üzrə xərcləri 11 min manat (10 % çox), bank xərcləri 1 min manat (3,3 dəfə çox), sair xərcləri isə 20 min manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərkabel”in aktivləri 5,699 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,1 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,1 % azalaraq 2,908 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 2,791 milyon manat qalıb.

Xatırladaq ki, “Azərkabel” 1959-cu ildən fəaliyyət göstərən eyni adlı müəssisənin bazasında, 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 869 min manatdır. Müəssisə ölkənin aparıcı kabel istehsalçısıdır.

Oxşar xəbərlər

Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
KOBİA ötən ili mənfəətlə başa vurub
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən ili zərərlə başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər