İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ötən ili zərərlə başa vurub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2023-cü ili 864 min manat xalis zərərlə başa vurub. Halbuki, Agentlik 2022-ci ildən 9 min manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il İKTA-nın gəlirləri 1 milyon manat (əvvəlki il olmayıb), inzibati xərcləri 1,797 milyon manat (əvvəlki ilə nisbətən 193 dəfə çox), maliyyə xərcləri 6 min manat (əvvəlki il olmayıb), digər xərcləri 6 min manat (əvvəlki il olmayıb), amortizasiya xərcləri 47 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 8 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə İKTA-nın aktivləri 200 min manat olub ki, bu da illik müqayisədə 5 dəfə azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 16,8 dəfə artaraq 67 min manat, balans kapitalı isə 7,5 dəfə azalaraq 132 min manat olub, 100 min manatlıq nizamnamə kapitalı formalaşıb.
İKTA Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir, telekommunikasiya və poçt xidmətləri sahəsində tənzimləyici qurum olaraq müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir.
Oxşar xəbərlər
Dövlət Sosial Müdafiə Fondunun mənfəəti 46 % artıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin mənfəəti 5 dəfə artıb
Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 30 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
