Azərbaycanda daha 7 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi satılıb.
"Report" quruma istinadə xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 46 sifariş qəbul edilib. Bunlardan 15-i onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 8 400 manat olan “Honda Accord” markalı avtomobil 10 884 manata, 8 900 manat olan “Hyundai Elantra” markalı avtomobil isə 10 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 8, 15, 22 və 29 iyulda keçiriləcək. Hərraclara müxtəlif markalı nəqliyyat vasitələri çıxarıacaq.
Satışa çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.
Oxşar xəbərlər
Azərbaycanda daha 68 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 4 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 32 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 57 avtomobil özəlləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













