Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tibbi laboratoriyaların keyfiyyət və səriştəliliyinə dair yeni AZS ISO 15189:2024 “Tibbi laboratoriyalar – Keyfiyyət və səriştəliliyə dair tələblər” dövlət standartını qəbul edib.
"Report" AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartının qəbul edilməsində məqsəd tibbi laboratoriyaların keyfiyyətinə və səriştəliliyinə inam yaratmaqla pasiyentlərin rifahını və laboratoriya istifadəçilərinin məmnunluğunu təmin etməkdir. Sözügedən standart laboratoriya istifadəçiləri, eləcə də nəzarət və akkreditasiya orqanları tərəfindən tibbi laboratoriyaların səlahiyyətlərinin təsdiqi və ya tanınması üçün də tətbiq ediləcək.
Yardım məntəqələrindəki müayinələrə də şamil edilməsi nəzərdə tutulan yeni standart aidiyyəti dövlət qurumları ilə müvafiq qaydada razılaşdırılaraq “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə olunub və İnstitut onu təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
Oxşar xəbərlər
Azərbaycanda keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib
Azərbaycanda bu il qiymətli metallar və qiymətli daşlara dair daha 4 dövlət standartı qəbul ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
