Azərbaycanda enerji menecmenti sahəsində yeni dövlət standartı qəbul edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda enerji menecmenti sahəsində yeni dövlət standartı qəbul edilib


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS ISO 50003:2025 “Enerji menecment sistemləri - Enerji menecmenti sistemlərinin auditi və sertifikatlaşdırılmasını həyata keçirən qurumlar üçün tələblər” dövlət standartını qəbul edib.

"Sizinxeber.az" İnstituta istinadən xəbər verir ki, sözügedən dövlət standartı enerji menecmenti sistemlərinin audit proseslərini tənzimləməklə müəssisələrə enerji resurslarından daha səmərəli istifadəyə imkan yaradacaq.

Bu standart həm də Enerji Menecmenti Sistemlərinin (EMS) auditi və sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün səriştəlilik, ardıcıllıq və qərəzsizlik tələblərini müəyyən edir.

Yeni dövlət standartı “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut onu qəbul edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

Oxşar xəbərlər

Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib
Azərbaycanda distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda qızıl və qızıl ərintiləri sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda tibbi laboratoriyalara dair yeni dövlət standartı qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle