FHN əməkdaşları idman dırmanması yarışında yüksək nəticələr qazanıb
Dekabrın 11-də Alpinizm Federasiyasının idman zalında Gənclər və İdman Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarışlara yekun vurulub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, yarışda iştirak edən FHN-in 4 nəfərdən ibarət idman dırmanma üzrə komandasının üzvləri yüksək nailiyyətlər əldə etməyi bacarıblar. Belə ki, qadınlar arasında Bakı Regional Mərkəzinin əməkdaşı daxili xidmət leytenant Leyla Əliyeva ən yüksək hündürlüyə hamıdan cəld dırmanaraq bütün rəqiblərinə qalib gəlib və çempion adını qazanıb. Qadınlar arasında komandanın digər üzvü – Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Sima Səfərova gümüş, kişilər arasında isə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı gizir Anar Novruzov bürünc medalın sahibi olub.
Qaliblər Gənclər və İdman Nazirliyinin diplom və medalı ilə mükafatlandırılıblar.
Oxşar xəbərlər
FHN-nin əməkdaşları stolüstü tennis yarışında uğur qazanıblar
Dövlət qurumlarının əməkdaşları arasında yarış keçirilib
FHN-in kikboksinq üzrə idmançıları Azərbaycan çempionatında yüksək nəticələr əldə ediblər
FHN-in əməkdaşı atıcılıq yarışında gümüş medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
