Ötən il Azərbaycanda 20 ildən çox davam edən nikahlar arasında 2 500-dən çox boşanma olub
Azərbaycanda 2025-ci ildə 20 və daha yuxarı evlilik müddəti olan şəxslər arasında 2681 boşanma hadisəsi qeydə alınıb.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
Statistik məlumatlar göstərir ki, son üç il ərzində boşanmaların ən böyük payı ardıcıl olaraq 10-19 il davam edən nikahların payına düşüb.
2025-ci ildə ümumi boşanmaların sayı 20 675 təşkil edib. Onlardan 7 354-ü 10-19 il davam edən nikahlara, 5 795-i 5 ilə qədər davam edən nikahlara, 4 845-i 5-9 illik nikahlara aid olub.
2024-cü ildə isə boşanmaların ümumi sayı 21 384 olub. Bu dövrdə 10-19 illik nikahlar üzrə 7 768, 5 ilə qədər davam edən nikahlar üzrə 5 715, 5-9 illik nikahlar üzrə 5 347, 20 il və daha artıq davam edən nikahlar üzrə isə 2 554 boşanma qeydə alınıb.
Mövcud statistikaya görə, 2023-cü ildə ölkədə 21 688 boşanma qeydə alınıb. Onlardan 7 735-i 10-19 il davam etmiş nikahlara aid olub. Həmin il 5 ilə qədər davam edən nikahlar üzrə 5 814, 5-9 illik nikahlar üzrə 5 805, 20 il və daha uzun müddət davam edən nikahlar üzrə isə 2 334 boşanma rəsmiləşdirilib.
Oxşar xəbərlər
Azərbaycanda bu ilin birinci yarısında nikahlar artıb, boşanmalar azalıb
İmişlidə ötən illə müqayisədə boşanmaların sayı azalıb
Azərbaycanda ən çox boşanma halları Daşkəsəndədir - STATİSTİKA
Biləsuvarda ötən illə müqayisədə boşanmaların sayı azalıb
18 yaşadək uşaqları olan ailələrdə qeydə alınan rəsmi boşanmaların sayı məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
-
Xankəndidəki su və kanalizasiya kollektorları yenidən qurulacaq
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
