KİV: Misir kəşfiyyat rəhbəri HƏMAS və İsraillə görüşür
Misir Ümumi Kəşfiyyat İdarəsinin rəhbəri Həsən Rəşad Qəzza zolağında atəşkəs sazişinə nail olmaq yolundakı maneələri aradan qaldırmaq üçün HƏMAS və İsrail nümayəndələri ilə görüşlər keçirir.
"Report"un məlumatına görə, bu barədə Misirin "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, Misir, Qətər və ABŞ-dan ibarət İsrail və HƏMAS arasında birbaşa olmayan danışıqlarda vasitəçilər "diplomatik səylərini artırır və Qəzzaya humanitar yardımın çatdırılmasını və fələstinli məhbusların mübadiləsi qarşılığında İsrail girovlarının azad edilməsini təmin edəcək sazişin bağlanmasına çalışırlar".
Xatırladaq ki, iyulun 6-da Qəzza ilə bağlı danışıqlar prosesi Qətərin paytaxtında yenidən başlayıb. İyulun 8-də Qətər Baş nazirinin müşaviri, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari bildirib ki, danışıqlar hələ başlamayıb, Qətər və Misir vasitəçiləri fikir ayrılıqlarını aradan qaldırmaq və gələcək danışıqların çərçivəsini müəyyən etmək məqsədilə HƏMAS və İsrail nümayəndələri ilə məsləhətləşmələr aparırlar.
O qeyd edib ki, Qəzza zolağında atəşkəs barədə razılaşmanın əldə edilməsi vaxt tələb edəcək.
Oxşar xəbərlər
Bu gün Misirdə Yaxın Şərqdə atəşkəslə bağlı danışıqlar aparılacaq
Vasitəçilər HƏMAS və İsraillə Qəzzada 50 günlük atəşkəsi müzakirə edirlər
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib
Misir və Qətər “HƏMAS”ın girovu azad etmək qərarını ümidverici addım kimi qiymətləndirib
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













