Qəzzada iki günlük atəşkəs müzakirə olunur
Qəzza zolağında "Fələstin radikallarının" məhv edilməsi və İsrailin digər hərbi əməliyyatları iki gün müddətinə dayandırıla bilər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, bu məsələ ilə bağlı ilkin razılıq Qahirədə keçirilən danışıqların son mərhələsində əldə edilib. Kanalın mənbələrinə görə, tərəflər həmçinin anklavda atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı danışıqlar üçün zəmin hazırlamaq barədə razılığa gəliblər.
Misir rəsmiləri və Fələstin fraksiyalarının nümayəndələri hələlik bu məlumatla bağlı şərh verməyiblər.
Qeyd etmək lazımdır ki, Qahirədə məsləhətləşmələr iyunun 7-dən bəri davam edib. Misir, Qətər, Türkiyə və bir neçə Fələstin hərəkatının nümayəndələri iştirak edib.
Xatırladaq ki, 9 oktyabr 2025-ci ildə İsrail və Fələstin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Tramp tərəfindən təklif edilən atəşkəs sazişinin birinci mərhələsinin həyata keçirilməsi barədə razılığa gəliblər.
Növbəti gün Qəzza zolağında döyüşlər dayandırılıb. Razılaşmaya uyğun olaraq, İsrail qoşunları "Sarı xətt" adlanan əraziyə geri çəkilərək zolağın ərazisinin 50%-dən çoxuna nəzarəti saxlayıb.
Oxşar xəbərlər
Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir
KİV: Misir kəşfiyyat rəhbəri HƏMAS və İsraillə görüşür
Bu gün Misirdə Yaxın Şərqdə atəşkəslə bağlı danışıqlar aparılacaq
Bayden Qəzzanı danışıqlarda Misir və Qətərin təmsil etdiyini bəyan edib
Vasitəçilər HƏMAS və İsraillə Qəzzada 50 günlük atəşkəsi müzakirə edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
İranın Cask şəhərində yeni partlayış səsləri eşidilib
-
"Beşiktaş" PSJ-nin qapıçısı Luka Şevalye ilə maraqlanır
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
