Türkiyənin MİT rəhbəri "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Haber Global"a təhlükəsizlik mənbələri məlumat verib.
Qeyd olunub ki, görüşdə İsrailin Fələstinə qarşı davam edən hücumları və qanun pozuntuları diqqət mərkəzində olub, Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı ətraflı müzakirə aparılıb.
Bundan əlavə rəsmilər əsasən İsrail tərəfindən hücumların dayandırılmasını və humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, İsrail atəşkəslə bağlı birinci mərhələdə üzərinə götürdüyü öhdəlikləri tam və dərhal yerinə yetirməlidir.
"HƏMAS" nümayəndə heyəti həmçinin Türkiyənin Qəzzada sülhün əldə edilməsi üçün bu günə qədər göstərdiyi səylərə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlıqlarını bildiriblər.
Mənbələr Türkiyənin Qəzzada davamlı sülhə nail olmaq üçün səylərini artırmağa davam edəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS üzvləri ilə görüşdü
İbrahim Kalın HƏMAS-la Qəzzadakı atəşkəs məsələsini müzakirə edib
Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS nümayəndə heyəti ilə danışıqlar aparıb
Hakan Fidan HƏMAS nümayəndə heyəti Qəzzadakı mümkün atəşkəsi müzakirə edib
İbrahim Kalın HƏMAS-ın Siyasi Büro liderləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zaqatalada maşın aşıb, ölən var
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
