Kats: “Hizbullah” tərksilah olunana qədər Livana zərbələr endiriləcək
“Hizbullah” qruplaşması tamamilə tərksilah olunana qədər İsrail Livana zərbələr endirməyə davam edəcək.
“Report” “Al Arabia”ya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
“İsrail dövlətinin təhlükəsizliyi olmadan Beyrutda sakitlik, Livanda isə nizam və sabitlik olmayacaq. Razılaşmalara əməl edilməlidir və siz tələb olunanı etməsəniz, biz addımlarımıza davam edəcəyik, hətta daha böyük güclə”, - Kats deyib.
Cümə axşamı İsrail ordusu Beyrutun cənub ətraflarında bir binaya zərbələr endirib. Hərbçilərin sözlərinə görə, bina “Hizbullah” tərəfindən pilotsuz uçuş aparatlarının istehsalı üçün istifadə edilib.
Atəşkəsdən əvvəl İsrail və “Hizbullah” bir ildən çox döyüşüb və bu, iki aylıq genişmiqyaslı müharibə ilə nəticələnib.
Noyabrın 27-də imzalanan razılaşma “Hizbullah” döyüşçülərinin İsrail sərhədindən təxminən 30 kilometr aralıda yerləşən Litani çayının şimalına çəkilmələrini və cənuba doğru bütün hərbi infrastrukturun sökməyini nəzərdə tuturdu. İsrail isə bütün qoşunlarını Livandan çıxarmalı idi. Amma İsrail “strateji” hesab etdiyi beş mövqedə qoşunlarını saxlayıb.
Oxşar xəbərlər
İsrail yenidən Livana zərbələr endirir
İsrail Beyrutdakı hücumların hədəflərini açıqlayıb
İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib
İsrail “Hizbullah”ın Beyrutdakı obyektlərinə zərbələr endirib
İsrail ordusu Livanda “Hizbullah”ın 25 obyektinə zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
