Cozef Aun Netanyahu ilə danışıqlardan imtina edib - YENİLƏNİB
Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.
"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı Livanın "LBCI" portalına istinadən məlumat yayıb.
Livan Prezidenti bu qərarı barədə ABŞ dövlət katibi Marko Rubionu bugünkü telefon danışığı zamanı məlumatlandırıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp iki lider arasında telefon danışığının aparılmasına hazırlıq getdiyini bəyan etmişdi. İsrail və Livanın müxtəlif media orqanları bu məlumatı təsdiqləyir və ya təkzib edirdi.
Livan Prezidenti Cozef Aun və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı Livanda atəşkəsə nail olunması səylərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının "X" hesabında bildirilib.
"Cozef Aun atəşkəs səylərinə və bütün səviyyələrdə göstərilən dəstəyə görə Vaşinqtona minnətdarlığını bildirib", - məlumatda qeyd olunub.
Rubio atəşkəs səylərinin davam etdirildiyini təsdiqləyib və bunun Livanda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olunmasına doğru addım kimi qiymətləndirib. O, Prezident Aunun mövqeyinin dəstəkləndiyini və yüksək qiymətləndirildiyini bildirib.
Oxşar xəbərlər
Netanyahu Livan Prezidenti Cozef Aunla telefon danışığı aparacaq
Cozef Aun Livanın yeni Prezidenti seçilib
KİV: Tramp və Netanyahu bu gün telefon danışığı aparacaq
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
