Cənubi Koreyada qəzaya uğrayan təyyarənin göyərtəsində olan dörd nəfərin meyiti tapılıb - YENİLƏNİB-2
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin qəzaya uğramış təyyarəsində olan dörd nəfərin meyiti tapılıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinə istinadən bildirib.
Təyyarə Phohan şəhərində dağlarda qəzaya uğrayıb.
Cənubi Koreya Hərbi Dəniz Qüvvələri patrul təyyarəsinin qəzasını araşdırır və “Lockheed P-3 Orion” modelli səkkiz patrul təyyarəsinin uçuşunu dayandırıb.
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin qəzaya uğramış “P-3 Orion” patrul təyyarəsinin göyərtəsində olan iki nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "News1" agentliyi məlumat yayıb.
Təyyarədə ümumilikdə dörd nəfər olub. Hazırda müvafiq xidmət orqanları iki meyiti aşkar edə biliblər.
Cənubi Koreyada hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Hərbi-dəniz qüvvələrinə məxsus təyyarə cənub-şərqdəki Pxoxan şəhərində dağa çırpılıb", - agentlik bildirib.
Təyyarədə olan dörd nəfərin taleyi barədə heç nə məlum deyil.
Qeyd edək ki, əvvəlcə kiçik mülki təyyarənin qəzaya uğradığı bildirilirdi. Hadisə yerli vaxtla təxminən 13:52-də baş verib.
Oxşar xəbərlər
Cənubi Koreyada təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub - YENİLƏNİB
Cənubi Koreyada hərbi təyyarə qəzaya uğrayıb
Cənubi Koreyada təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqləndi
Cənubi Koreya qəzaya uğramış təyyarənin səs yazısının stenoqramını tərtib edəcək
Cənubi Koreyada təyyarə qəzaya uğrayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













