Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
sizinxeber.az xəbər saytı

Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir


Fransızların 60%-dən çoxu ölkə prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Fransanın “Le Figaro” qəzetinin sifarişi ilə “Odoxa-Backbone” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Respondentlərin 61%-i hazırkı dövlət başçısının istefasını da istəsə də, 28%-i Makronun getməsinə qarşıdır. Yalnız sorğuda iştirak edənlərin 1%-i cavab verməkdə çətinlik çəkib.

Bundan əlavə, respondentlərin 62%-i Makronun prezidentliyini avtoritar kimi xarakterizə edib.

Fransızların əksəriyyəti Fransua Bayrunun ilin sonuna qədər Baş nazir postunu saxlaya bilməyəcəyinə inanır. Odur ki, respondentlərin 86%-i əmindir ki, Fransa prezidenti 2025-ci ildə yeni Baş nazir təyin etməli olacaq.

Qeyd edək ki, yanvarın 2-3-də keçirilən sorğuda 1005 nəfər iştirak edib.

Oxşar xəbərlər

Fransa seçicilərinin yarısı Makronun impiçmenti planlarını təsdiqləyib
KİV: Makronun reytinqi antirekordu yeniləyib
Sorğu: Fransızların 74 faizi Makronu pis prezident hesab edir
Makronun prezidentlik reytinqi rekord səviyyədə aşağı düşüb
Makronun etimad reytinqi minimuma yaxınlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle