Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiya siyasətinə qayıdacağını bildirib. Bu, müsbət siqnaldır.
"Unian" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Honduras Prezidenti Nasri Asfura ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi məsələsində həm G7 ölkələrindən, həm də Donald Trampdan müsbət siqnal alınıb.
Zelenski bildirib ki, ABŞ ilk dəfə olaraq Ukrayna raketlərinin lisenziya əsasında istehsalı ideyasına müsbət yanaşıb.
“Raketlərimizin istehsalı üçün lisenziyalar ilk dəfə Amerika tərəfi tərəfindən müsbət qarşılanır. Bildiyiniz kimi, mən bu məsələni hələ Prezident Bayden administrasiyasının dövründən qaldırırdım, lakin o vaxt heç bir nəticə əldə edə bilməmişdik”, – deyə Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı məsləhətləşmələr keçiriləcək və Ukraynanın müvafiq lisenziyaları əldə edəcəyinə ümid var.
Zelenski əlavə edib ki, Tramp həmçinin Rusiyaya qarşı sanksiyalar məsələsinə yenidən qayıdacağına söz verib və Ukraynaya yardımın davam etdiriləcəyini təsdiqləyib.
“Bizə daha çox yardım ediləcək. Bunlar Prezident Trampın sözləridir. Məqsəd Putinin anlamasıdır ki, yardım dayanmayacaq və buna görə də onun üçün müharibəni dayandırmaq daha məqsədəuyğundur. Təcrübədə bunun necə olacağını görəcəyik”, – deyə Zelenski bildirib.
Oxşar xəbərlər
Ukrayna Prezidenti ABŞ-ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb
Tramp Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər
Zelenski Trampdan PAC-3 lisenziyasının verilməsi prosesini sürətləndirməyi xahiş edib
KİV: Zelenski sülh müqabilində Donbas ərazisini Rusiyaya verməkdən imtina edib
Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
