Asiya İnkişaf Bankı Pakistana 700 milyon dollarlıq kredit ayırıb
Asiya İnkişaf Bankı (ADB) Pakistanda sığorta sektorunun gücləndirilməsinə yönəlmiş islahatları dəstəkləmək üçün 700 milyon dollar məbləğində kreditin verilməsini təsdiqləyib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə DAWN nəşri ADB-nin məlumatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, proqram sığorta təminatının genişləndirilməsinə və bu sahədəki boşluqların azaldılmasına yönəlib.
O, həmçinin özəl sektorun iştirakının stimullaşdırılmasına və davamlı iqtisadi artımın dəstəklənməsinə kömək edəcək, sığorta bazarlarının dərinləşdirilməsi və ev təsərrüfatlarının, müəssisələrin, fermerlərin və s. maliyyə müdafiəsinin genişləndirilməsi hesabına Pakistanın maliyyə dayanıqlığını gücləndirəcək.
ADB-nin məlumatına görə, Pakistanın maliyyə sistemi hələ də bank sektorundan xeyli asılıdır.
Oxşar xəbərlər
Dünya Bankı Tacikistanda islahatların dəstəklənməsinə 50 milyon dollar ayıracaq
ADB Pakistanın enerji infrastrukturunun modernləşdirilməsi üçün 200 milyon ABŞ dolları ayırıb
AMB: Sığorta sektorunun likvidliyi komfort zonadadır
Cənubi Koreya Ukraynaya 100 milyon dollarlıq kredit ayırıb
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
Bakıda 51 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
-
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
