Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır
sizinxeber.az xəbər saytı

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır


Uşaqların rəqəmsal təhlükəsizliyində provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə "Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması" mövzusunda ictimai müzakirədən öncə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bəzi ixtisaslaşmış qurumlar bu məsələ ilə bağlı artıq həyəcan təbili çalır:

"Dünyada da bu məsələ ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Böyük Britaniya, Çin, Avstraliya, Fransa kimi ölkələrdə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması üçün bir sıra qadağalar tətbiq olunmağa başlanıb".

Deputat qeyd edib ki, yetkinlik yaşına çatmayanların sosial platformalara girişinin qadağan edilməsi ilə bağlı müzakirələrdə müxtəlif təkliflər səsləndirirlir:

"Azərbaycanda da bu istiqamətdə müzakirələr və məsləhətləşmələr həyata keçirilir. Ümumiyyətlə, ölkəmizin qanunvericilik bazası kifayət qədər zəngindir və bu, kibercinayətkarlıqla mübarizə sahəsini də əhatə edir".

A.Allahverənov bildirib ki, uşaqlar müxtəlif onlayn oyunlar və proqramlar vasitəsilə neqativ psixoloji təsirərə məruz qalırlar:

"Buna görə də müəyyən məhdudiyyətlərin tətbiqi zərurəti yaranır. İlk növbədə yaşla bağlı məhdudiyyətlər önə çıxır. Milli Məclisin plenar iclasına bu barədə qanun layihəsi tövsiyə olunub. Azərbaycanda bu məhdudiyyətlərin 16 yaş həddinə qədər olanlara tətbiq edilməsi nəzərdə tutulur".

O, uşaqların onlayn resurslardan məlumat əldə etmək hüququnun nəzərə alınmasının vacibliyini də vurğulayıb:

"Ən önəmli məsələlərdən biri uşaqların rəqəmsal təzyiq və zorakılığa məruz qala biləcəyi platformalarla bağlıdır və bu sahədə provayderlərin məsuliyyəti xüsusi əhəmiyyət daşıyır. Mövcud qanunvericilikdə həmin provayderlər üçün cərimələr və digər məsuliyyət mexanizmləri nəzərdə tutulur. Hazırda müzakirə edilən qanun layihəsinin qəbul olunduqdan sonra bir il ərizndə qüvvəyə minməsi planlaşdırılır".

Oxşar xəbərlər

Uşaqların süni intellektlə bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi təklif olunur
Səbinə Əliyeva: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün preventiv addımların atılması zəruridir
Britaniyanın Baş naziri sosial şəbəkə şirkətlərinə uşaqlarla bağlı çağırış edib
Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb
Ramil İskəndərli: Sosial şəbəkələr uşaqlar üçün manipulyativ risklər yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər