
"Paramount" Trampa bir müsahibəyə görə 16 milyon dollar ödəməyə hazırdır

"Paramount" Trampa bir müsahibəyə görə 16 milyon dollar ödəməyə hazırdır
"Paramount" şirkəti ABŞ Prezidenti Donald Trampın ona məxsus "CBS" telekanalına qarşı keçmiş vitse-prezident Kamala Harrislə müsahibəyə görə qaldırdığı iddiasının həllinə razılaşıb və Ağ Ev rəhbərinə 16 milyon dollar ödəməyə hazırdır.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "New York Times" qəzeti şirkətin bəyanatına istinadən xəbər verir.
"Paramount" Prezident Trampa 16 milyon dollar ödəməyə razılaşıb ki, "CBS" telekanalında "60 Minutes" proqramında Kamala Harrislə müsahibənin redaktə edilməsi ilə bağlı onun iddiasını həll etsin", - deyə nəşr yazır.
Keçən ilin noyabrında respublikaçılardan ABŞ prezidentliyinə namizəd olarkən Tramp "CBS News"a qarşı 10 milyard dollar məbləğində iddia qaldırmış və telekanalı demokratlardan olan rəqibi Kamala Harrislə müsahibənin redaktə edilməmiş versiyasını dərc etməkdən imtina etdiyinə görə seçkilərə müdaxilədə ittiham etmişdi.
Sonradan Tramp tələb etdiyi məbləği 20 milyard dollara qədər artırdı. İyun ayının sonunda "Wall Street Journal" qəzeti mənbələrə istinadən vasitəçinin iddianı 20 milyon dollar məbləğində razılaşaraq həll etməyi təklif etdiyi barədə məlumat vermişdi.