İsrail Müdafiə Qüvvələri HƏMAS-ın yeraltı silah istehsalı sexinin məhv edildiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının mərkəzi hissəsində yeraltı silah istehsalı sexi ilə yanaşı, HƏMAS-ın dörd üzvünün də məhv edildiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə ordunun teleqram kanalı bildirib.
“Bu gün İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Deyr əl-Balahda avtomobildə olan HƏMAS-ın dörd silahlı terrorçusuna qarşı dəqiq və kəşfiyyat məlumatlarına əsaslanan zərbə endirib", - qurumdan bildirilib.
Həmçinin qeyd olunub ki, həmin ərazidə əsgərlər HƏMAS-ın silah istehsalı obyektinin yerləşdiyi yeraltı tunel marşrutunu aşkar edərək sıradan çıxarıblar. Kompleksdə bir neçə torna dəzgahı, eləcə də emal və kəsici dəzgahlar və hərbi avadanlıqlar olduğu bildirilir.
Oxşar xəbərlər
İsrail ordusu tunel şəbəkəsində döyüşə girdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzza zolağının cənubunda bir qrup silahlı radikalı məhv etdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hərbçiləri Qəzzada bir kilometr uzunluğunda tuneli məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın Qəzzadakı xəstəxanada komandanlıq mərkəzlərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzzada məktəbə hava zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













