Avropa İttifaqı Ukraynaya 134 milyard avro ayırıb
Avropa İttifaqı (Aİ) artıq Ukraynaya 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırıb. Yanvarın sonuna qədər Aİ ölkələri tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı isə 75 min nəfərə çatacaq.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro ayırmışıq. Bu ayın sonuna qədər Aİ tərəfindən hazırlanan Ukrayna hərbçilərinin sayı 75 min nəfərə çatacaq", - o qeyd edib. Onun fikrincə, Aİ-nin köməyi ilə Ukrayna münaqişədə "qalib gələ biləcək".
K.Kallasın sözlərinə görə, Brüssel ABŞ-siz, təkbaşına da Kiyevi dəstəkləməyə hazırdır: "Biz bunu tərəfdaşlarla birlikdə və ya müstəqil şəkildə edəcəyik".
Oxşar xəbərlər
Aİ yanvardan Ukraynaya ayda 1,5 milyard avro verəcək
Aİ Ukrayna üçün silah alışına 1,4 milyard avro yönəldib
Aİ sammiti Ukraynaya 2025-ci ildə 30,6 milyard avro ayıracaq
Avropa İttifaqı Ukraynaya 6 milyard avro hərbi yardım ayırmaq istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
