AEBA: Fars körfəzi regionunda radiasiya səviyyəsi normal həddədir
Fars körfəzi regionunda radiasiya səviyyəsi normal olaraq qalır.
“Report” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.
Qırx səkkiz ölkəni əhatə edən Beynəlxalq Radiasiya Monitorinq Sistemi (BRMS) vasitəsilə AEBA-ya müntəzəm olaraq təqdim edilən məlumatlara görə, zədələnmiş nüvə reaktorlarının heç birindən əhəmiyyətli radioaktiv tullantılar aşkar edilməyib.
"İranın Buşəhr Atom Elektrik Stansiyası (AES) və Tehran tədqiqat reaktoru bizim əsas nüvə təhlükəsizliyi narahatlığımız idi. Çünki bu obyektlərə, o cümlədən onların xarici elektrik xətlərinə edilən hər hansı zərbə həm İranda, həm də onun hüdudlarından kənarda potensial nəticələrə malik radioloji qəzaya səbəb ola bilərdi. Bu baş vermədi. Beləliklə, nüvə təhlükəsizliyi üçün ən pis ssenarinin qarşısı alındı", - Qrossi bildirib.
O, nüvə obyektlərinə heç bir halda hücum edilməməli olduğunu bir daha vurğulayıb.
Oxşar xəbərlər
Qrossi: Natanz nüvə obyektindən kənarda radiasiya səviyyəsi dəyişməyib
Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib
İran AEBA-nı İsfahanda radiasiya səviyyəsinin dəyişmədiyi barədə məlumatlandırıb
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
