INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır
sizinxeber.az xəbər saytı

INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır


Almaniya əhalisinin 70 %-dən çoxu Kansler Fridrix Mertsin işindən narazıdır, 75 %-dən çoxu isə ölkə hökumətinin fəaliyyətindən məmnun deyil.

"Sizinxeber.az" xəbər verir ki, bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Araşdırmaya görə, respondentlərin yalnız 19 %-i Mertsin işindən razıdır, 71 %-i isə narazılığını bildirib.

Sorğuda iştirak edənlərin 76 %-i Almaniyanın hazırkı hökumətindən narazıdır və bu, rekord göstərici olub. Yalnız 16 % hökumətin işini qənaətbəxş hesab edir.

"Almaniya Kanslerinin və hökumətinin bəyənilmə səviyyəsi yeni minimuma çatıb. Hətta Olaf Şolts və "İşıqfor" koalisiyasının bir illik fəaliyyətindən sonra göstəriciləri xeyli yaxşı idi", - INSA-nın rəhbəri Herman Binkert bildirib.

Sorğu 29-30 apreldə 1 004 respondent arasında keçirilib.

Oxşar xəbərlər

"Bild": Almaniya vətəndaşlarının Mertsə etimadı getdikcə daha da azalır
"Bild": "Almaniya üçün Alternativ" sorğu zamanı Mertsin partiyasını qabaqlayıb
Almaniya kansleri Fridrix Mertsin reytinqi azalıb
Sorğu: Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər