Almaniyada keçirilən sorğuya qatılanların çoxu Mertsin fəaliyyətindən narazıdır
sizinxeber.az xəbər saytı

Almaniyada keçirilən sorğuya qatılanların çoxu Mertsin fəaliyyətindən narazıdır


Almaniya vətəndaşları arasında keçirilən sorğuda iştirak edənlərin təxminən 83 faizi Fridrix Mertsin Kansler vəzifəsində 1 il ərzindəki fəaliyyətindən narazıdır.

"Report" xəbər verir ki, bunu "Infratest dimap" tərəfindən ARD telekanalı üçün aparılan sorğunun nəticələri göstərir.

Nəticələrə əsasən, Almaniya hökumət başçısının işindən respondentlərin yalnız 16 %-i razıdır, bu da aprel ayı ilə müqayisədə 5 faiz bəndi (f.b.) azdır. Bu, hazırkı Kansler üçün bu araşdırma çərçivəsində indiyədək qeydə alınmış ən pis göstəricidir.

Bundan əlavə, əhali Kanslerin kommunikasiyasını kritik qiymətləndirir. Almaniya sakinlərinin yalnız 14 %-i onun ünsiyyət tərzini inandırıcı hesab edir, bu da 2025-ci ilin avqust ayı ilə müqayisədə 20 f.b. aşağıdır. Digər tərəfdən, 82 %-i (üstəgəl 21 f.b.) bununla razılaşmır.

Sorğu 4-6 may tarixlərində keçirilib, 1 303 nəfər iştirak edib.

Qeyd edək ki, daha əvvəl "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğuda da oxşar nəticələr olub.

Oxşar xəbərlər

INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır
"Bild": Almaniya vətəndaşlarının Mertsə etimadı getdikcə daha da azalır
"Bild": "Almaniya üçün Alternativ" sorğu zamanı Mertsin partiyasını qabaqlayıb
Almaniya kansleri Fridrix Mertsin reytinqi azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər