Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə 9-11 sentyabr 2024-cü il tarixində "Gülüstan" sarayında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək.
"Report" xəbər verir ki, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin gəlməsi gözlənilən tədbirdə ümumilikdə 200-ə yaxın elm xadiminin iştirakı nəzərdə tutulur.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün onlar Forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.
Oxşar xəbərlər
Rektor: Qarabağ Universitetinə xaricdə yaşayan azərbaycanlı alimlər dəvət olunur
Amerika-Azərbaycan Gənclərinin ilk Forumu başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
