sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində - Tver və Krasnodar diyarındakı neft bazasına və neft kəmərində nəqli təmin edən stansiyaya zərbə endirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukraynanın Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.
"Rusiya gecə saatlarında hücuma məruz qalıb. Tver şəhərinə zərbələr endirilib. Orada, xüsusən də, neft bazaları yerləşir. Həmçinin Rusiyanın Krasnodar diyarında "Krımskaya" neft kəməri stansiyasına hücum edilib", – A.Kovalenko yazıb.
O, bunun həftə ərzində həmin neft kəmərində nəqli təmin edən stansiyaya endirilən ikinci hücum olduğunu qeyd edib.
Oxşar xəbərlər
Zelenski: Rusiya Ukraynada Azərbaycanın neft obyektlərinə qəsdən hücum edib
Rusiya Odessada SOCAR-ın neft bazasına zərbə endirib
Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib
Baş Qərargah: Primorskdakı neft terminalına və Başqırdıstandakı NEZ-ə zərbə endirilib
Ukrayna ordusu Rusiyada Saratov NEZ-ə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
