ÜST rəhbəri Qəzzada qida çatışmazlığı səbəbindən ölüm hallarının kəskin artdığını təsdiqləyib
Qəzza zolağında qida çatışmazlığı səbəbindən ölüm hallarında kəskin artım qeydə alınır.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.
“Hazırda biz qidalanma ilə bağlı ölümlərin sayında kəskin artım müşahidə edirik. 2025-ci ildə ÜST qida çatışmazlığı səbəbindən 5 yaşdan kiçik uşaqların 21 ölüm hadisəsini sənədləşdirib”, - o deyib.
Qebreyesusun sözlərinə görə, Fələstin anklavında olan əhalinin 10 %-dən çoxunda kəskin qida çatışmazlığı əlamətləri müşahidə olunur, qadınlar və süd verən analar arasında isə bu rəqəm 20 %-ə çatır. ÜST rəhbəri bildirib ki, humanitar yardımın çatdırılmasının dayandırılması və yardımın Qəzza sektoruna girişinə məhdudiyyətlər fonunda vəziyyət daha da pisləşir.
Bundan əvvəl Fələstin anklavının media departamenti 2025-ci ilin martında Qəzzanın tam blokadaya salınmasından sonra azı 67 uşağın aclıqdan öldüyünü bildirmişdi.
Xatırladaq ki, 2025-ci il martın 2-dən Qəzza zolağına heç bir humanitar yardım daxil olmur və İsrailin qərarı ilə bütün keçid məntəqələri bağlı olaraq qalır.
Oxşar xəbərlər
BMT Nigeriyada qida çatışmazlığı ilə mübarizəyə 6 milyon dollar ayırıb
BMT: 2 milyona yaxın Qəzza sakini qida mənbəyindən məhrumdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
