"Bloomberg": Yaxın Şərqdəki müharibə səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir
sizinxeber.az xəbər saytı

"Bloomberg": Yaxın Şərqdəki müharibə səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir


Yaxın Şərqdə davam edən münaqişə və Hörmüz boğazında gəmiçilik məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları sürətlə tükənir.

"Report" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Morgan Stanley investisiya bankının məlumatına görə, qlobal neft ehtiyatları 1 mart - 25 aprel tarixləri arasında gündə təxminən 4,8 milyon barel azalır ki, bu da əvvəlki səviyyələrdən xeyli sürətlidir.

Eyni zamanda, digər bir investisiya bankı olan Goldman Sachs, ehtiyatların 2018-ci ildən bəri ən aşağı səviyyəyə yaxın olduğunu xəbərdar edib.

Qeyd olunur ki, sürətlə tükənən ehtiyatlar daha kəskin qiymət artımları və qıtlıq riskinin yüksəldiyini göstərir və dünya hökumətləri bunun nəticələrini effektiv şəkildə aradan qaldıra bilməyəcəklər.

Qlobal ehtiyatların kəskin şəkildə tükənməsi, münaqişə bitdikdən sonra belə, son dərəcə dəyişkən bazar şərtlərinə səbəb ola bilər.

Oxşar xəbərlər

"Bloomberg": OPEC-in neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb
ABŞ-də neft ehtiyatları həftə ərzində 4,65 milyon barel azalıb
IEA 2026-cı ildə neftə tələbat proqnozunu pisləşdirib
Yer kürəsində su ehtiyatları sürətlə azalır
Bazara 412 milyon barrel neft çıxarılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər