Parisdə etiraz aksiyası zamanı polis gözyaşardıcı qaz tətbiq edib
Parisdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilmiş feministlərin etiraz aksiyası zamanı polis gözyaşardıcı qazdan istifadə edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, nümayiş Respublika meydanında qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları tərəfindən təşkil edilib. Aksiyada on minlərlə insan iştirak edib.
Mitinq zamanı etirazçılar fişənglər atıblar. Nəticədə polis və nümayişçilər arasında toqquşmalar baş verib. Asayiş keşikçiləri vəziyyəti nəzarət altına almaq üçün gözyaşardıcı qaza əl atıblar.
QHT-lərin qiymətləndirməsinə görə, etiraz aksiyasına təxminən 120 min nəfər qatılıb.
Bundan əvvəl Fransanın parlamentinə "nikah borcunun" ləğvi ilə bağlı qanun layihəsi təqdim edilmişdi.
Oxşar xəbərlər
Afinada polis və yanğınsöndürənlər arasında qarşıdurma baş verib, yaralılar var
Nigeriyada azı 21 etirazçı polis tərəfindən öldürülüb
Brüsseldə etiraz aksiyasında dörd polis yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
