Latviya ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
sizinxeber.az xəbər saytı

Latviya ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib


BMT Baş Assambleyası Konqo Demokratik Respublikası, Liberiya, Bəhreyn, Kolumbiya və Latviyanı 2026-2027-ci illər üçün Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçib.

“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu ölkələr 2025-ci il dekabrın 31-də səlahiyyət müddəti bitəcək Əlcəzair, Qayana, Koreya Respublikası, Syerra Leone və Sloveniyanı əvəz edəcək.

Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri gizli səsvermə yolu ilə seçilir. Qələbə qazanmaq üçün BMT Baş Assambleyası nümayəndələrinin azı üçdə ikisinin səsini qazanmaq lazımdır.

Qeyd edək ki, Latviya əvvəllər heç vaxt BMT Təhlükəsizlik Şurasında olmayıb. Kolumbiya 7 dəfə, Konqo Demokratik Respublikası 2 dəfə, Bəhreyn və Liberiya hərəyə 1 dəfə BMT strukturunun qeyri-daimi üzvü seçilib.

Təhlükəsizlik Şurası 5-i (Rusiya, Böyük Britaniya, ABŞ, Fransa, Çin) daimi olmaqla 15 üzvdən ibarətdir. Qalanları hər il beş ölkədən ibarət qruplar şəklində seçilir. 2025-2026-cı illər üzrə Yunanıstan, Danimarka, Pakistan, Panama və Somali qeyri-daimi üzv olaraq qalacaq.

Oxşar xəbərlər

Braziliya BMT TŞ-nin daimi üzvü olmaq istəyir
Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar
TDT Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzvlüyünə namizədliyini dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər