Fransada hərbi poliqonda keçirilən əyləncədə 30-dan çox insan xəsarət alıb
sizinxeber.az xəbər saytı

Fransada hərbi poliqonda keçirilən əyləncədə 30-dan çox insan xəsarət alıb


Fransanın Şer departamentindəki Burj şəhəri yaxınlığındakı hərbi təlim poliqonunda keçirilən əyləncə zamanı 30-dan çox insan xəsarət alıb.

"Sizinxeber.az"un "franceinfo"ya istinadən verdiyi məlumata görə, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

Hadisə yerinə şəxsən baş çəkən nazir bildirib: "28 nəfərin vəziyyəti sabit, beş nəfərin vəziyyəti isə ağırdır. 12 nəfər isə, o cümlədən narkotiklə bağlı səbəblərdən xəstəxanaya aparılıb".

Daha əvvəl bildirilib ki, 1 may tarixində keçirilən şənlik başlayandan bəri hüquq-mühafizə orqanlarının əməkdaşları çoxlu sayda qanun pozuntusu, o cümlədən 75 qanunsuz narkotik saxlama halı aşkar ediblər.

Oxşar xəbərlər

Barselonada iki avtobusun toqquşması nəticəsində 30-dan çox insan xəsarət alıb
Fransada meşə yanğınları zamanı 10-dan çox insan xəsarət alıb
Fransada tramvayların toqquşması nəticəsində onlarla insan xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər