İsrael Kats: "Hizbullah"ın tərksilah edilməsi hərbi əməliyyatımızın əsasını təşkil edir
sizinxeber.az xəbər saytı

İsrael Kats: "Hizbullah"ın tərksilah edilməsi hərbi əməliyyatımızın əsasını təşkil edir


İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Müdafiə Ordusu radikal "Hizbullah" qruplaşmasına qarşı quru əməliyyatı zamanı ələ keçirdiyi Livanın cənubundakı əraziləri nəzarətdə saxlamağa davam edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

"Müəyyən etdiyimiz məqsəd - "Hizbullah"ın tərksilah edilməsi - əməliyyatımızın əsas vəzifəsi olaraq qalır", - o bildirib.

Kats qeyd edib ki, Litani çayından başlayan təhlükəsizlik zonası hələ də qruplaşma yaraqlılarından təmizlənməyib və bütün mümkün vasitələrlə onun tərksilah edilməsini təmin etməyə çağırıb.

"Bu, ya siyasi yolla, ya da atəşkəs rejiminin başa çatmasından sonra İsrail Müdafiə Ordusunun hərbi əməliyyatlarını davam etdirməsi vasitəsilə həyata keçirilməlidir", - deyə nazir fikrini yekunlaşdırıb.

Oxşar xəbərlər

Kats: İsrail ordusu "Hizbullah" təhlükəsi aradan qaldırılana qədər Livanın cənubunda qalacaq
Kats: “Hizbullah” tərksilah olunana qədər Livana zərbələr endiriləcək
İsrael Kats: Dəməşq qoşunları əs-Süveydanı tərk etməsə, İsrail Ordusu Suriyaya zərbələri davam etdirəcək
İsrailin müdafiə naziri: Bu həftə İrana zərbələrin intensivliyi əhəmiyyətli dərəcədə artacaq
Kats: İsrail ordusu Qəzzanın bufer zonasında daimi mövcudluğunu qoruyub saxlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər