İsrail Livanda atəşkəs rejiminin tətbiq edilməsi xəbərini təkzib edib- YENİLƏNİB
İsrail İranın Livanda atəşkəs rejiminin qüvvəyə minməsi ilə bağlı iddialarını təkzib edib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel"ə yüksək vəzifəli İsrail rəsmisi bildirib.
Onun sözlərinə görə, Livanda heç bir atəşkəs yoxdur. O vurğulayıb ki, "Hizbullah" qruplaşmasının məhv edilməsi həm Livanın, həm də İsrailin maraqlarındadır.
İsrail mənbələrinin məlumatına görə, ölkə hakimiyyəti atəşkəs rejiminin tətbiq edilməsi ilə bağlı heç bir sorğu almayıb.
Bu gündən Livanda "Hizbullah" qruplaşması ilə İsrail arasında atəşkəs rejimi elan ediləcək.
"Report" xəbər verir ki, bu barədə "Al-Mayadeen" telekanalı İran hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tehranın göstərdiyi təzyiq sayəsində 2026-cı il aprelin 8-də elan edilmiş ABŞ və İran arasındakı ikihəftəlik barışığın müddəti başa çatana qədər Livanda bir həftə atəşkəs rejiminə riayət ediləcək.
Mənbə qeyd edir ki, İsraili hərbi əməliyyatlardan çəkindirmək məsuliyyəti ABŞ-nin üzərinə qoyulacaq.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Ordusu radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirib və endirməkdə davam edir. İsrail, həmçinin Livanın cənubunda öz quru əməliyyatını genişləndirib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilmişdi, burada atəşkəs sazişinə nail olmaq məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livanın və İsrailin ABŞ-dakı səfirləri Nada Hammad-Muavvad və Yexiel Layter rəhbərlik edirdilər.
Oxşar xəbərlər
"Al-Mayadeen": "Hizbullah" bu gün İsraillə atəşkəs rejimi elan edəcək
İsrail Livanda "Hizbullah"ın silah anbarına zərbə endirib
İsrail Livanda "Hizbullah"ın yüksək rütbəli komandirini zərərsizləşdirib
İsrail Baş Qərargahı Qəzza və Livanda əməliyyatların davam etdirilməsinə hazırlıq barədə tapşırıq verib
KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
