KİV: İsrail Livanda atəşkəs sazişini ilkin olaraq təsdiqləyib
İsrail, Amerika və Livan mənbələri bildiriblər ki, İsrail “Hizbullah” ilə Livanda atəşkəs barədə təklif olunan sazişi ilkin olaraq təsdiqləyib və bu, indi Nazirlər Kabinetinin son təsdiqinə təqdim olunmalıdır.
“Report” xəbər verir ki, bu barədə “Ynet” xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, ABŞ-nin regiondakı xüsusi nümayəndəsi və Prezident Cozef Baydenin emissarı Eymos Hokstin noyabrın 24-də axşam Livan rəsmilərinə İsrailin qərarı barədə məlumat verib.
Amerikanın “Axios” internet portalının jurnalisti Barak Ravid sosial şəbəkədə mənbəyə istinadən bildirib ki, Hokstin İsrail hakimiyyətini Livanda atəşkəsə tezliklə razılıq verməyəcəyi təqdirdə vasitəçilik səylərini dayandırmaqla hədələyib.
Oxşar xəbərlər
Axios: ABŞ nümayəndəsi Livan üzrə məsləhətləşmələrdə iştirakını dayandırmaqla hədələyib
KİV: Bayden müşavirlərini İsrailə göndərir
Netanyahu: İsrail Livanda "Hizbullah"ı vurmağa davam edəcək
İsrail aviasiyası Livanda “Hizbullah”ın 200-ə yaxın hədəfinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
