İsrail Baş Qərargahı Qəzza və Livanda əməliyyatların davam etdirilməsinə hazırlıq barədə tapşırıq verib
sizinxeber.az xəbər saytı

İsrail Baş Qərargahı Qəzza və Livanda əməliyyatların davam etdirilməsinə hazırlıq barədə tapşırıq verib


İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi hərbçilərə Qəzza zolağı və Livanda əməliyyatların davam etdirilməsi barədə tapşırıq verib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ordunun mətbuat xidmətindən bildirilib.

Bununla yanaşı, Ordu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyatlara hazırlıq barədə də göstəriş alıb.

Qeyd edək ki, yanvarın 19-da İsrail hakimiyyəti atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azadlığa buraxıb. İsrail Həbsxanalar İdarəsinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilmiş üç israilli girov müqabilində sərbəst buraxılıb.

Oxşar xəbərlər

İsrail HƏMAS-la razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir XİN: İsrail 33 əsirin əvəzinə 1 890 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HAMAS-la razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzzada azad olunan girovların ilk hissəsini qəbul etməyə hazırlaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər