Vaşinqtonda İsrail və Livan səfirləri arasında görüş başa çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Vaşinqtonda İsrail və Livan səfirləri arasında görüş başa çatıb - YENİLƏNİB


Vaşinqtonda İsrail və Livanın ilkin danışıqları başladıqdan təxminən iki saat sonra başa çatıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid məlumat yayıb.

Qeyd olunub ki, görüş Dövlət Departamentində qurumun rəhbəri Mark Rubionun iştirakı ilə keçirilib.

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmaslarıdır.

Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dəki səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edir.

Rubio danışıqlar başlamazdan əvvəl bildirib ki, görüş ölkələr arasındakı münaqişənin həlli üçün tarixi fürsətdir.

Rubionun sözlərinə görə, qapalı qapılar arxasında keçiriləcək danışıqlar təxminən altı saat davam edəcək, bu da bütün çətinlikləri həll etmək üçün kifayət deyil.

"Lakin tərəflər irəlilədikcə bir çərçivə əsası formalaşdırmaq mümkün olacaq", - o əlavə edib.

Oxşar xəbərlər

CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
KİV: İsrail və Livan növbəti həftə Vaşinqtonda danışıqlar aparacaq
Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
Aun: İsraillə danışıqlar Livan xalqının əzablarının sonu ola bilər
Rubio Vaşinqtonda İsrail–Livan danışıqlarına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər