KİV: İsrail və Livan növbəti həftə Vaşinqtonda danışıqlar aparacaq
sizinxeber.az xəbər saytı

KİV: İsrail və Livan növbəti həftə Vaşinqtonda danışıqlar aparacaq


İsrail və Livan növbəti həftə ABŞ-nin paytaxtı Vaşinqtonda danışıqlar aparacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid israilli rəsmiyə istinadən məlumat yayıb.

"İlk görüş Vaşinqtonda, Dövlət Departamentində baş tutacaq. ABŞ tərəfinə Livandakı səfir Mişel İssa rəhbərlik edəcək. İsraili Vaşinqtondakı səfir Yehiel Leyter təmsil edəcək. Livan tərəfini isə Vaşinqtondakı səfir Nada Həmadə-Moavad təmsil edəcək", - o bildirib.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ən qısa müddətdə Livanla birbaşa danışıqlara başlamaq barədə göstəriş verib.

Oxşar xəbərlər

Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Livan İsraili bütün ərazilərindən tam şəkildə çıxmağa çağırıb
İsrail və Livan ABŞ-nin rəhbərliyi ilə danışıqlara başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər