İranda ABŞ və İsraillə münaqişə ilə əlaqədar edam hökmləri sürətləndirilir
sizinxeber.az xəbər saytı

İranda ABŞ və İsraillə münaqişə ilə əlaqədar edam hökmləri sürətləndirilir


İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün-Ejei məhkəmələri ABŞ və İsraillə münaqişə ilə bağlı işlərdə ölüm hökmlərinin çıxarılmasını sürətləndirməyə çağırıb.

"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, o, bu barədə yüksək rütbəli məhkəmə məmurlarının müşavirəsində bildirib.

"Siz edam və əmlakın müsadirə edilməsi ilə bağlı hökmlərin çıxarılmasını sürətləndirməlisiniz", - Ejei deyib.

Qəzet qeyd edir ki, fevralın 28-də ABŞ və İsrailin birgə əməliyyatı başlayandan bəri İran hakimiyyəti yanvar etirazları, eləcə də "müharibə zamanı düşmənə yardım etmə" ilə bağlı işlər çərçivəsində 7 nəfəri edam edib. Qəzetin məlumatına görə, daha onlarla insan barəsində ölüm hökmünün çıxarılması gözlənilir.

Oxşar xəbərlər

İranda azı altı məhbus barəsində edam hökmü icra olunub
İranda bir ildə 997 nəfər edam olunub
İranda İsrailə casusluq etməkdə ittiham olunan şəxs edam olunub
İranda hakimiyyətə qarşı çıxan dörd gənc barəsində edam hökmü çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər