İranda hakimiyyətə qarşı çıxan dörd gənc barəsində edam hökmü çıxarılıb
İranın Sistan və Bəlucistan əyalətlərində dörd yerli sakin barəsində edam hökmü çıxarılıb.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “İran İnternational” yayıb.
Bildirilib ki, Məhəmməd Dərvişnaravi, Yasin Kabadani, Fərhad Baranzehi və İmran Ağa hakimiyyətə qarşı siyasi və “Ceyşül Ədl” silahlı qruplaşması tərkibində mübarizə aparmaqda təqsirli bilinərək barələrində ölüm hökmü çıxarılıb.
Məlumata görə, onlar 22-24 yaşlarındadır və işgəncəyə məruz qaldıqlarını etiraf ediblər.
Vurğulanıb ki, onlar Sistan və Bəlucistan əyalətinin Rask şəhərindəndir. Hazırda Zahidan mərkəzi həbsxanasında saxlanılırlar.
Məlumata görə, son aylarda İranda edamların sayının artması, həmçinin siyasi məhbuslara ölüm hökmünün verilməsi və təsdiqlənməsi həm ölkə daxilində, həm də xaricində etirazlara səbəb olub.
Ölüm hökmlərinə qarşı etirazın son nümunələrindən birində siyasi məhbus Mehdi Mahmudian avqustun 3-də Böyük Tehran həbsxanasından yazdığı məktubda bildirib: “Bu ölkədə dar ağacı olduğu müddətcə hamımız bir az ölüyük”.
O, məktubunda Böyük Tehran həbsxanasındakı siyasi məhbus Babək Şahbaziyə ölüm hökmünün verilməsini də açıqlayıb.
Şahbazi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin rəhbəri Abulqasim Salavati tərəfindən ölüm cəzasına məhkum edilib.
Oxşar xəbərlər
İranda İsraillə əməkdaşlıqda təqsirli bilinən siyasi məhbusa ölüm hökmü verilib
İran Xalq Mücahidləri Təşkilatının iki təəssübkeşi barəsində edam hökmü çıxarılıb
İranda iki siyasi məhbus barəsində edam hökmü çıxarılıb
İranda azı altı məhbus barəsində edam hökmü icra olunub
İranda səkkiz sərhədçinin qətlində ittiham olunan şəxs edam olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
