WSJ: İran müharibəni dayandırmaq üçün ABŞ-yə ultimatum irəli sürüb
sizinxeber.az xəbər saytı

WSJ: İran müharibəni dayandırmaq üçün ABŞ-yə ultimatum irəli sürüb


İran müharibəni dayandırmaq üçün ABŞ-yə beş bənddən ibarət ultimatum irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Vaşinqtondan Hörmüz boğazına nəzarət və rüsum yığmaq hüququ, gələcəkdə hücum edilməyəcəyinə dair təminat, İsrailin "Hizbullah"a zərbələrinin dayandırılması, ABŞ bazalarının Fars körfəzindən çıxarılması və Tehrana maliyyə kompensasiyasının ödənilməsini tələb edir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İran qarşısında şərt qoymuşdu: əgər 48 saat ərzində Hörmüz boğazı tamamilə açılmasa, ABŞ ölkənin elektrik stansiyalarını məhv etməyə başlayacaq.

Oxşar xəbərlər

Tramp: ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur
İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib
Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib
Tramp: Hörmüz boğazının minalanması İran üçün intihar olardı
SEPAH ABŞ-nin Bəhreyn və BƏƏ-dəki hərbi bazalarına hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər